Bakıda kafedə düşən dava qanla bitdi

04:40 29-12-2019 698

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb.

1979-cu il təvəllüdlü Bədirxanov Ramin Əmirxan oğlu kafelərin birində mübahisə edib. Daha sonra o, kafenin qarşısında tanımadığı şəxslərlə əlbəyaxa davaya çıxıb. Nəticədə bıçaq xəsarətləri alan R.Bədirxanov çoxlu qan itirib. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları hadisədə şübhəli bilinən bir nəfəri saxlayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli