Qaradağda ağır qəza: Hindistanlılar öldü

19:54 17-06-2019 484

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Qaradağ rayonunda “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilir. Yaralılar var.

Mikroavtobusda Hindistan vətəndaşları olub. Qəzaya səbəb kimi “Ford”un “Toyota Prado”nun yoluna çıxdığı göstərilir.