Bakıda iranlının evini soydular

00:20 30-12-2019 736

Bakıda əcnəbi vətəndaşın mənzilindən oğurluq etdilər.

HerGun.Az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi, Bolluq yeni yaşayış sahəsində yaşayan İran İslam Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Səccad Aqapurun evindən pəncərəni açmaqla televizor və 1000 manat dəyərində 2 ədəd qızıl üzük oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli