Röya 77 yaşlı nənəyə ev tikdirəcək - FOTO

12:00 31-12-2019 508

Xalq artisti Röya Ayxan sosial şəbəkədə hamı tərəfindən danışılıb, müzakirə olunan 77 yaşlı Əsmər Cəfərovaya yeni ev tikdirəcək.

HerGun.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Röyanın bu addımı atmasına səbəb Qazaxın Quşçu Ayrım kəndindəki Ə.Cəfərovanın mənzilinin tamamilə yararsız vəziyyətdə olması olub.

Xalq artisti Ə.Cəfərovanın hazırkı mənzilinin yanında 3 otaqlı mənzil inşa etdirəcək, oranı bütün ev əşyaları ilə təmin edəcək.

Qeyd edək ki, Xalq artisti Röya Ayxan sözügedən məsələni belə şərh etmişdi: 

“Gücüm çatan hər şeyi öhdəmə götürdüm. Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışıqlarını təmin edə bilir. Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim bir-iki toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var. Bayram günü hamını sevindirin”.

Rəşad Əliyev