Rusiyalı sahibkarlar Azərbaycana biznes missiya ilə gələcəklər

03:20 01-01-2020 1006

Azərbaycan yenə rusiyalı sahibkarların diqqət mərkəzindədir. Belə ki, ölkəmiz Moskva İxrac Mərkəzinin yeni layihəsinə salınıb.

"TASS"ın məlumatına görə Mərkəz 2020-ci ildə moskvalı sahibkarlar üçün xarici ölkələrə ödənişsiz səfərlər təşkil edəcək.

"Moskva İxrac Mərkəzi 2020-ci ildə paytaxt şirkətlərinin nümayəndələri üçün xaricə 13 ezamiyyət təşkil etməyi planlaşdırır. Moskva iş adamları Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrini ziyarət edə biləcəklər", - deyə qurumun saytında bildirilir.