Amerikanın Yunanıstandakı səfiri velosipeddən yıxıldı

21:27 05-07-2019 711

Amerikanın Yunanıstandakı səfiri Ceffri Payet velosipeddən yıxılıb.

Bu barədə səfir özü Twitter hesabı vasitəsilə xəbər yayıb.

O, təcili tibbi yardım üçün yerli həkimlərə minnətdarlığını bildirib: “Əla qayğıya və operativ müdaxiləyə görə tibb personalına, narahatlıq keçirən, zəng edib maraqlanan yunan dostlarıma təşəkkür edirəm”.

Səfir sadəcə səyahətinin qısa çəkməsinə görə məmnun olmadığını, hər şeyin qaydasında olduğunu, Afinaya dönməyi səbirsizliklə gözlədiyini deyib.