Röyanın sevgilisi var?

11:20 02-01-2020 471

Xalq artisti Röya Ayxan Xəzər TV-də yayımlanan “5-də-5” axşam şousunda qonaq olduğu zaman verdiyi açıqlamalarla gündəmə səs salıb.

HerGun.Az xəbər verir ki, proqramın aparıcı Zaur Kamal ənənəyə sadiq olaraq Röyanı sual atəşinə tutub.

Məşhurun isə ikibaşlı cavabları eşidənləri təəcübləndirib.

Zaurun “Günəş vannası yoxsa sərin otağ?” sualına xalq artisti “Günəş vannası və yanında da gəşəng adam” cavabını verib.

Zaurun “nə olsun yanında?” şərhinə Röya “Adam da adam, inək uzanmayacaq ki?” cavabı qarşı tərəfin üzünü güldürüb.

Aparıcı Röyaya “Birinci, yoxsa ikinci?” sualı ilə müraciət edib. Sənətçi isə “100-cü” deyib və ardınca “Ay birinci məhəbbətim” mahnısını ifa edərək, eşq, məhəbbətə eyham vurub.

Beləcə aparıcı Zaur xalq artisti Röyanın şəxsi həyatında sevgilisinin olub-olmadığını da aşkara çıxarıb.

Rəşad Əliyev