Azərbaycan Universiadada ilk medalını qazandı

22:54 05-07-2019 734

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında ilk medalını qazanıb.

HerGun.Az-ın xəbərinə görə, II Avropa Oyunlarında Azərbaycana bürünc medal qazandırmış Hidayət Heydərov (-73 kq) bu yarışda da əliboş qalmayıb.

O, yalnız finalda rusiyalı Yevgeni Prokopçuka qızıl xal hesabında uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün mübarizə aparan digər cüdoçumuz – bayraqdarımız Murad Fətiyev (-81 kq) ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

Onu da bildirək ki, medal sıralamasında Azərbaycan bir gümüş medalla 8-ci sırada qərarlaşıb.

Səbuhi MUSAYEV