Mətanət İsgəndərli: Hamı məəttəl qalmışdı ki, o evdən necə sağ çıxmısan?! - VİDEO

22:40 02-01-2020 822

Əməkdar artist Mətanət İskəndərlinin evi yanıb.  

HerGun.Az xəbər verir ki, bu haqda sənətçi ATV kanalında yayımlanan “ŞOU ATV” səhər proqramında deyib. 

Müğənni bildirib ki, evi yanan gün övladları bacısının evində qalıbmışlar:  

“Yeni il ərəfəsində gecə yorğun toydan gəldim. Çox yorulanda yata bilmirəm. O zamanlar çox gərgin çalışırdım. Yuxuya getmək üçün dərman içdim. Təsəvvür edin, ev səhərə kimi alışıb-yanıb, mən isə yuxuda olmuşam. İnsan yanmasa da, tüstüdən boğulub ölür. O vaxtdan bu yana hamı şokdadır ki, sən o evdən necə sağ çıxa bilmisən?! Məni elə bil kimsə yuxudan ayıltdı. Ayılıb özüm-özümə deyirəm ki, görəsən işıqlar niyə sönüb? Gecədən səhər saat 11-ə kimi yatmışam. Sən demə işıqlar sönməyib, tüstüdən göz-gözü görmürmüş”.  

Rəşad Əliyev