Qara dənizdə gəmi batdı: iki turist öldü - FOTO/VİDEO

23:45 05-07-2019 548

Qara dənizdə gəzinti gəmisi batıb.

REN TV xəbər verir ki, hadisə Rusiyanın Krasnodar əyalətinin Tuapse rayonunda, Cuqba kurort qəsəbəsində baş verib.

Göyərtəsində 43 nəfər turistin olduğu gəmi sahildən təxminən 100 metr məsafədə çevrilib.

Xilasedicilər 37 nəfəri sahilə çıxarmağa müvəffəq olublar.

İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Rusiya hüquq-mühafizə orqanlarından bildirilib ki, əslində 12 nəfərlik olan gəmiyə 43 nəfər mindirdiyi üçün qəzaya səbəb olan kapitan hadisə yerindən qaçsa da, tezliklə həbs edilib.