Alyaskada rekord istilər qeydə alınıb

00:09 06-07-2019 865

Alyaskada tarixin ən yüksək temperatur göstəricisi qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın Meteorologiya xidməti açıqlama yayıb.

Bildirilib ki, iyulun 4-də Alyaskanın ən böyük şəhəri Ankoricedə temperatur 32.2 dərəcə selsiyə qədər yüksəlib.

Buna qədər sonuncu ən yüksək göstərici 1969-cu ildə qeydə alınmışdı – 29.4 dərəcə.

Qeyd edək ki, yüksək hərarətin bir neçə gün davam edəcəyi gözlənilir.