Məşhur müğənni səhnəyə çıxarkən yıxıldı - VİDEO

15:00 03-01-2020 656

Şimali Kiprdə konsert proqramı ilə çıxış edən məşhur türkiyəli müğənni Sibel Can gözlənilməz hadisə ilə üzləşib.

HerGun.Az xəbər verir ki, müğənni yıxılıb.

Qonaqlarla salamlaşmaq üçün onlara yaxınlaşan müğənninin ayağı büdrəyib və o, müvazinətini itirib. Anidən yıxılan müğənninin köməyinə təhlükəsizlik xidmətinin əməkdaşları və pərəstişkarları yetişib.

Qısa zamanda özünə gələn müğənni yenidən oxumağa davam edib.

Sevinc Yasinqızı