Əfqanıstanda məscidə terror hücumu: 21 nəfər yaralandı

01:18 06-07-2019 942

Əfqanıstanın şərqində yerləşən Qəznə şəhərində məsciddə partlayış olub.

Bu barədə məlumatı “Pajhwok” xəbər agentiliyi “Twitter” səhifəsindən yayıb.

Bildirilib ki, hadisə nəticəsində ən az 21 nəfər yaralanıb.

Hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.