BMW sürücüsüz maşın buraxacaq

01:45 06-07-2019 1004

Almaniyanın avtomobil istehsalçıları BMW və “Daimler” avtomagistrallarda hərəkət üçün nəzərdə tutulmuş sürücüsüz maşınların birgə istehsalı ilə məşğul olacaqlar.

“Kommersant” xəbər verir ki, BMW və “Daimler”in belə funksiyalı avtomobilləri 2024-cü ildə satışa çıxarılmalıdır.

Əsas məqsəd sürücüyə yardım sisteminin hazırlanması, magistrallarda idarəetmə prosesinin avtomatlaşdırılmasıdır.

Hər iki şirkətin 1,2 min mütəxəssisi sürücüsüz texnologiyaların hazırlanması üzərində işləyəcək.