Sloveniyada Melaniya Trampa taxta heykəl ucaldıldı

04:54 06-07-2019 978

ABŞ-ın birinci xanımının doğulduğu Sloveniyanın Sevnitsa şəhəri yaxnlığında keçirilən sərgidə Melaniya Trampın taxtadan heykəli təqdim olunub.

“RİA Novosti” bildirir ki, bu barədə “Match” sərginin təşkilatçılarına istinadla xəbər verir. 

Rojnoda Sava çayının sahilində yerləşdirilən “Melaniya” heykəli bir əlini qaldıraraq şəhəri salamlayır.

Qeyd edilir ki, heykəlin təqdimatı amerikalı rəssam Bred Dauninin “Ta Eho” (“Bu, əks-sədadır”) sərgisi çərçivəsində aparılıb.

Dauniyə yalnız konsepsiyası məxsus olan heykəli yerli usta benzin mişarı vasitəsilə ərsəyə gətirib.