“Amazon” rəhbəri rəsmən boşandı - Sabiq yoldaşı ən varlı qadınlar siyahına düşür

06:54 06-07-2019 976

“Amazon”un rəhbəri Ceff Bezos və həyat yoldaşı Makkenzi rəsmi olaraq boşandılar.

Bloomberg” agentliyinin yaydığı məlumata əsasən, boşanma prosesinin başa çatması ilə C.Bezosun “Amazon” şirkətinin 19,7 milyon (4%) səhminin sabiq həyat yoldaşına ötürməsi proseduruna başlanılır.

Bu paket 38,3 milyard dollar məbləğində dəyərləndirilir ki, bu da Makkenzi Bezosun “Bloomberg” tərəfindən tərtib olunmuş dünyanın ən zəngin qadınlarının reytinqində 22-ci pillədə qərarlaşmasına imkan verir.

Xatırladaq ki, “Amazon” dünyanın ən iri onlayn mağazasıdır.