Moskvada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanıldı

07:36 06-07-2019 715

Moskva polisi güclü təsir göstərən maddələrlə sərnişinləri zəhərləyən taksi sürücüsünü saxlayıb.

Bu barədə TASS DİN-nin rəsmi nümayəndəsi İrina Volka istinadən xəbər verir.

Volkun sözlərinə əsasən,  bir neçə gün öncə Moskva polisinə xəstəxanalardan birinə naməlum maddə ilə zəhərlənmə əlamətləri olan kişinin çatdırılmağı ilə bağlı məlumat daxil olub. O, sürücü tərəfindən ona təklif olunmuş suyu içdikdən sonra özünü pis hiss edib. Vətəndaş bir qədər keçdikdən sonra bank kartının yoxa çıxdığını aşkar edib. Məlum olub ki, kartından 16 min rubl (428 AZN) çıxarılıb. Faktla bağlı RF-nın CM-nin 162-ci maddəsinə əsasən (“Qarət”) cinayət işi açılıb. 

“Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində hadisəni törədənin Moskva vilayətində yaşayan 58 yaşlı Ermənistan Respublikasının vətəndaşı olduğu məlum olub”, - deyə Volk bildirib və əlavə edib ki, şübhəli bilinən şəxs qohumları ilə söhbətdən sonra polisin ərazi üzrə bölməsinə gəlib.