Bakıda ər arvadını bıçaqladı

23:00 06-01-2020 776

Sabunçu rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.  

Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqla xəsarət yetirib.  

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli