Qoca evinin su basmasında günahlandırdığı şəxsi güllələdi - ANBAAN VİDEO

12:40 08-01-2020 594

93 yaşlı kişi evini su basmasında təqsirli bildiyi şəxsi güllələyib. Hadisənin baş verdiyi an ofisə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb.

Bu barədə kadrları “Daily Mail” yayımlayıb.

Hadisə Las-Veqasda baş verib.

Bildirilir ki, Robert Tomas evini su basmasından bərk əsəbiləşərək, 9 mm-lik tapança ilə ofisə gəlib. O, qorxan işçilərin gözü qarşısında əvvəlcə kompüterin ekranını göstərərək hədələyib, sonra isə texniki xidmət göstərən meneceri soyuqqanlı şəkildə ayağından güllələyib.

Hadisə yerinə gələn polislər 93 yaşlı kişini həbs ediblər. 

Zərərçəkən xəstəxanaya yerləşdirilib.