Azərbaycan millisi Avro-2020-nin daha bir iştirakçısı ilə qarşılaşa bilər

14:00 08-01-2020 440

Futbol üzrə Azərbaycan millisi Uels yığması ilə yenidən qarşılaşa bilər.

HerGun.Az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Latviya Futbol Federasiyası ilə yoldaşlıq görüşü keçirmək barədə danışıqlar gedir. Danışıq müsbət həllini tapsa, bu görüş Malta ilə martın 30-da keçirilməsi planlaşdırılmış oyundan əvvəl baş tutacaq.

Bundan başqa, komandamızın Avropa çempionatının iki qrup oyununu Bakıda keçirəcək Uelslə də gücünü sınamaq imkanı var. Belə ki, ötən seçmə mərhələ çərçivəsində artıq iki dəfə qarşılaşdığımız Uelslə matç iyunda baş tuta bilər.

Qeyd edək ki, millimiz mayda Antalyada Avro-2020-nin digər iştirakçısı Türkiyə ilə də qarşılaşacaq.

Səbuhi Musayev