“Qalatasaray”ın ulduzu vətəninə dönür

18:40 08-01-2020 443

Niderlandın “Ayaks” klubunun idman direktoru Edvin Van Der Sar “Qalatasaray”ın ulduz futbolçusu Rayan Babelin transferi barədə açıqlama verib.

“Hürriyyet”in məlumatına görə, Edvin Van Der Sar klubun məşqi zamanı jurnalistlərə yeni futbolçunun transferini açıqlayıb.

Jurnalistlərin “Babellə bağlı yenilik varmı?” sualına Van Der Sar “Təəssüf edirəm, uşaqlar hazırda yoxdur, ancaq axşama yaxın ola bilər”, - cavabını verib.

Niderlandın “Voetbal İnternational” nəşri isə transferin artıq başa çatdığını yazıb.

Xəbərdə Babelin mövsümün sonuna qədər icarə əsasında “Ayaks”ın şərəfini qoruyacağı qeyd edilib.