Tramp uçan naməlum obyektlərdən danışdı: Hər şey mümkündür

13:00 06-07-2019 1026

Uçan naməlum obyektlərin (NUB) mövcudluğuna şübhə ilə yanaşıram, lakin onların qəflətən peyda olması imkanını istisna etmirəm.

“Gazeta.ru” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Bununla belə, o, təfərrüata varmaq istəməyib: “Lakin şəxsən mən bu məsələdə şübhələnməyə meyilliyəm”.

Prezident qeyd edib ki, özünü UNO-lara inanan insan hesab etmir: “Bununla belə, dövrümüzdə hər şey mümkündür”.