Ramil Şeydayev ondan forma istəyən azarkeşlərə cavab verdi - FOTO

18:40 09-01-2020 470

Futbol üzrə Azərbaycan milli komandasının və Moskvanın “Dinamo” klubunun hücumçusu Ramil Şeydayev “Facebook” hesabında ondan mütəmadi olaraq forma istəyən azarkeşlərə status ünvanlayıb.

23 yaşlı futbolçu paylaşımında yazıb: “Mesaj qutusu və rəylərdəki dəstək mesajlarınıza görə nə qədər təşəkkür etsəm, azdır. Forma istəyənlərə isə dərin hörmətimlə demək istəyirəm ki, hər oyundan sonra formaları azarkeşlərə verirəm. Geyim fabriki açan kimi hərənizə bir forma göndərəcəyəm”.

Qeyd edək ki, “Krılya Sovetov”dan “Dinamo”ya transfer olunan R.Şeydayevin yeni klubunda işləri heç də yaxşı getmir.