Ramil Şeydayev “Dinamo”dan göndərildi

00:20 10-01-2020 446

Moskva “Dinamo”su millimizin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

HerGun.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər bu ilin yayına qədər olan müqaviləni ləğv edib. Klub Şeydayevə təşəkkürünü bildirib.

Xatırladaq ki, 23 yaşlı futbolçumuz ötən ilin yayında digər Premyer Liqa təmsilçisi “Krılya Sovetov”dan “Dinamo”ya keçmişdi. O, paytaxt təmsilçisində doqquz oyun keçirib (səkkiz Premyer Liqa, bir kubok) və qol vura bilməyib. Buna görə tez-tez Rusiya mediasının tənqidi ilə üzləşən futbolçumuzun bu qış göndəriləcəyi barədə fikirlər səslənirdi.

Rusiya mətbuatı isə Ramil Şeydayevin müqaviləsinin vaxtından erkən ləğv edilməsindən narazı qaldığını və şikayət edəcəyini yazıb.

Səbuhi Musayev