“Atletiko” “Barselona”ya qalib gəldi

01:20 10-01-2020 435

İlk dəfə yeni formatda keçirilən İspaniya Superkubokunda yarımfinal mərhələsi başa çatıb.

Dörd komandanın iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən yarışın ikinci finalçısı “Barselona” və “Atletiko” arasında matçda müəyyənləşib.

İspaniya Superkuboku
Yarımfinal

9 yanvar
“Barselona” – “Atletiko” – 2:3

Messi, 51, Qrizmann, 62 – Koke, 46, Morata, 81 (pen.), Korrea, 86

Qeyd edək ki, yanvarın 12-də baş tutacaq həlledici matçda Madrid derbisi baş tutacaq. “Atletiko” digər paytaxt klubu “Real”la qarşılaşacaq.