Məşhur televiziya ulduzu cinsiyyətini dəyişdirərək qadın oldu - FOTO

00:00 11-01-2020 487

Oyuncaq Kenə bənzəmək üçün ardıcıl əməliyyatlar etdirən 35 yaşlı ingilis televiziya ulduzu Rodriqo Alves cinsiyyətini dəyişdirərək qadın olub. 

Milliyet.com xəbər verir ki, 70-ə yaxın əməliyyatdan sonra qadın olan Rodriqo adını da dəyişdirib. O, bundan sonra Cessika olaraq həyatını davam etdirəcək.

Rodriqonun cinsiyyət əməliyyatını İstanbulda etdirdiyi bildirilir.

O, hər zaman qadın olmaq istədiyini açıqlayıb:

“Həmişə oyuncaq “Ken” kimi tanınırdım. Amma özümü “Barbi” kimi hiss etdim. Bundan sonra uzun sarı saçlarım və hündürdaban ayaqqabılarım ilə gündəmdə olacam”.

Yeni həyata başlayan Cessika sosial şəbəkə səhifəsində keçmişə aid bütün şəkilləri silib.

Qeyd edək ki, Rodriqo Alves göz qapaqlarını qaldırıb, çənə implantı etdirib, burun düzəltdirmə əməliyyatları keçirib.

Sevinc Yasinqızı