İnfantino Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçilib

02:40 11-01-2020 534

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino Beynəlxalq Olimpiya Komitəsinin Lozannada keçirilən 135-ci sessiyasında komitənin üzvü seçilib.

Bu barədə komitəsinin rəsmi saytında məlumat verilib.

İnfantino ilə yanaşı, Beynəlxalq Tennis Federasiyasının (ITF) prezidenti Devid Haqqerti və Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita da BOK-nə üzv seçiliblər. 

Beləliklə, BOK-nin üzvlərinin ümumi sayı 101 nəfərə çatıb.

“Üç yeni həmkarımızı komitəyə üzv seçilmələri münasibətilə təbrik edirik. Bundan sonra BOK bu təcrübəli insanların dəyərli məsləhətlərinə bel bağlaya bilər”, - komitənin sədri Tomas Bax bildirib.