Azərbaycanlı qadın idmançı moldovalı ilə döyüşəcək - FOTO

15:40 11-01-2020 456

Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlı Moldovada “Eagles Next Level” turniri çərçivəsində növbəti döyüşünə çıxacaq.

HerGun.Az xəbər verir ki, onun rəqibi yerli idmançı Donna Kel olacaq.

Tünzalə İmanlı peşəkar MMA-da üç qələbə qazanıb, iki dəfə isə uduzub.

Qeyd edək ki, bu yarışda digər azərbaycanlı Mehman Məmmədov isə “Halk” ləqəbli finlandiyalı Mikael Silanderlə döyüşəcək.

Səbuhi Musayev