Gürcüstandan Rusiya ilə bağlı bəyanat

20:18 06-07-2019 623

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ümidvar olduğunu bildirib ki, Rusiya ilə praqmatik iqtisadi əlaqələri qoruyub saxlamaq mümkün olacaq.

Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

O qeyd edib ki, Rusiya vətəndaşlarının Gürcüstana səfər etməsi təkcə iqtisadi fayda baxımından önəmli deyil.

“Rusiyadan olan turist ölkəmiz haqqında doğru, real məlumat daşıyıcısıdır”, - deyə Turnava vurğulayıb.

Nazir bildirib ki, Rusiya ilə ticarətin ixracdakı payı 13 faiz təşkil edir və bundan imtina etmək lazım deyil.