Hakimi vuran futbolçunu polislər meydandan qandalla çıxardılar - FOTO/VİDEO

15:00 12-01-2020 528

Maltanın futbol üzrə II Divizionunda “Orata Yus” və “Sannat Layons” komandaları arasındakı qarşılaşma sonadək oynanılmayıb. 

“Report”un məlumatına görə, buna “Sannat Layons”un oyunçusu Antuan Kamillerinin hakimə hücum etməsi səbəb olub. 

İnsident referinin ikinci sarı vərəqə ilə futbolçunu meydandan qovmasından sonra baş verib. Qərardan narazı qalan Kamilleri ədalət təmsilçisinə hücum etməyə çalışıb. İşə komanda yoldaşları qarışıblar. Onlar aqressiv hərəkətə imkan verməyiblər. 

Bununla belə, Kamilleri meydanı tərk edərkən yan xətt hakiminin sifətinə iki zərbə endirib. Bundan sonra oyunçu polisin müşayiəti ilə paltardəyişmə otağına yollanıb. O, stadionu qandalla tərk edib. 

Qeyd edək ki, Antuan Kamilleri bu gün məhkəmə qarşısına çıxarılacaq. Artıq Malta Futbol Federasiyası onun hərəkətini pisləyib.