Macarıstandan Zelenskiyə ultimatum

23:18 06-07-2019 492

Macarıstan xarici işlər naziri Peter Siyarto ölkəsinin hansı halda Ukraynanın NATO-ya inteqrasiyasına mane olmayacağını açıqlayıb.

UNİAN xəbər verir ki, nazir bunun Ukraynanın təhsil və dil haqqında qanunlarına dəyişikliklər ediləcəyi təqdirdə mümkün olacağını bildirib.

Siyarto Ukraynada yaşayan macarların ana dilində təhsil alması üçün şəraitin yaradılmasını tələb edir.

Nazir qeyd edib ki, Macarıstan bu məsələdə Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə ümid bəsləyir.

Xatırladaq ki, bir müddət əvvəl Macarıstanın Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Buna Siyartonun Ukraynanın “Dövlət dili haqqında” qanunu barədə bəyanatları səbəb olub.