Dünya çempionu Zabit Səmədovun klubunda master-klass keçib – FOTO/VİDEO

01:09 07-07-2019 935

Muay tay (Tayland boksu) üzrə keçmiş dünya çempionu, Beynəlxalq Həvəskar Muay tay Federasiyasının baş katibi, Dünya Muay tay Şurasının vitse-prezidenti Stefan Foks Bakıda səfərdə olub.

HerGun.Az-ın xəbərinə görə, o, kikboksinq və muay tay üzrə döyüşçümüz Zabit Səmədova məxsus klubda olub, azərbaycanlı idmançılara master-klass keçib.

Bundan başqa, Stefan Foks gənclər və idman naziri Azad Rəhimovla, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevlə görüşüb.

Səbuhi MUSAYEV