Argentina Messi olmadan da Çiliyə qalib gəldi - VİDEO

01:36 07-07-2019 582

Argentina millisi Amerika Kubokunda üçüncü yer uğrunda oyunda Çili kollektivinə qalib gəlib.

HerGun.Az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə başa çatıb.

Argentinanın heyətində Serxio Aquero və Paulo Dibala fərqlənib. Çilinin qolunu isə Arturo Vidal vurub.

Qeyd edək ki, oyunun 37-ci dəqiqəsində Lionel Messi və Qari Medel meydandan qovulub. Buna səbəb onların arasında baş verən dava olub.