Bossa-novanın banilərindən olan Juan Jilbertu öldü

02:45 07-07-2019 738

Musiqi üslubu bossa-novanın banilərindən biri olan Juan Jilbertu 88 yaşında ölüb.

Bu barədə Agence France-Presse (AFP) artistin oğluna istinadən xəbər verir.

Musiqiçinin dəqiq ölüm səbəbi açıqlanmasa da, onun son illər səhhətində problemlər yaşadığı bildirilir.

Braziliyada 1931-ci ildə anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetməlik illlərindən mahnı oxumağa başlamışdı. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur.

Qeyd edək ki, bossa-nova Braziliya xalq mahnıları ilə caz elemenlərinin sintezi olan musiqi üslubudur.