Rusiyada yanacaq daşıyan maşın partlayıb: Ölən və yaralananlar var

05:36 07-07-2019 655

Rusiyanın Sverdlovsk əyalətində yanacaq daşıyan maşının partlamağı nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya DİN-nin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeriy Qorelıx bildirib.

“Qəza Karpinsk-Kıtlım yolunda baş verib. İlkin məlumatlara əsasən,  yanacaq daşıyan “Ural” avtomobilinin sürücüsü maşının çəninin üstünə yeddi nəfər turistin çıxmağına icazə verib. Hadisə nəticəsində onlardan üçü ölüb”, - deyə Qorelıx bildirib.