Uill Smit etiraf etdi: arvadını repçi Tupaka qısqanıb

02:40 15-01-2020 486

Amerikalı aktyor Uill Smit həyat yoldaşı Cadanı mərhum repçi Tupaka qısqanıb.

“The Independent” xəbər verir ki, Smit repçi ilə pis münasibətdə olduğunu etiraf edib və bu barədə heyfsləndiyini bildirib.

“Onların arasında heç vaxt intim əlaqə olmayıb, çünki o müəyyən yaş həddinə çatdıqdan sonra artıq mənimlə olub. Lakin onu cox sevirdi. Tupak - mükəmməllik nümünəsi, qız isə mənim idi. Mən onunla danışa bilmirdim, o isə istəmirdi”, - deyə aktyor bildirib.

Cada Smit və Tupak Şakur bir məktəbdə oxuyublar və yaxın dost olublar. Repçi 1996-cı ildə qətlə yetirilib.