Misir Futbol Assosiasiyasının rəhbəri istefa verdi

05:54 07-07-2019 655

Misir Futbol Assosiyasının rəhbəri Hani Abo Rida ölkənin milli yığması Misirdə keçirilən Afrika millətlərinin Kubokunun 1/8 finalında uduzduqdan sonra istefa verib.

Bu barədə Misirin KingFut portalı xəbər verir.

Məlumata əsasən, məğlubiyyətdən sonra komandanın başda meksikalı Xavyer Aqirre olmaqla, bütün məşqçi heyəti də işdən çıxarılıb.

Xatırladaq ki, Afrka xalqlarının Kubokunun şənbə günü keçirilən 1/8 final oyununda Misir yığması CAR komandasına 0:1 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Xavyer Aqirre Misir yığmasına 2018-ci ilin Dünyya Çempionatından sonra dəvət almışdı. Misirlilər onun rəhbərliyi altında 12 oyun keçiriblər ki, bunun bunun da 9-u qələbə, ikisi məğlubiyyət, biri isə heç-heçə başa çatıb. Meksikalı ilə müqavilə 2022-ci ilə qədər nəzərdə tutulurdu.