Futbolçulara qələbə hədiyyəsi: İtaliyadan 22 model gətirdi - FOTO

15:40 15-01-2020 622

Yanvarın 12-də “Aston Villa” klubuna qarşı keçirilən qarşılaşmada böyükhesablı qələbəyə sevinən “Mançester Siti” futbolçuları mükafatlandırılıb. 

“The Sun” xəbər verir ki, baş məşqçi Xosep Qvardiolanın razılığı ilə futbolçular üçün əyləncə gecəsi keçirilib. 

Gecənin xüsusi qonaqları İtaliyadan gətirilmiş 22 model xanım olub. 

Mərasim klub nümayəndələri tərəfindən bir neçə ay müddətində hazırlanıb. 

Qeyd edək ki, “Mançester Siti” “Aston Villa” üzərində 6:1 hesablı qələbə qazanıb. Qollardan üçünü Serxio Aquero, ikisini Riyad Mahrez, birini isə Qabreil Jesus vurub. 

Bu nəticə ilə “Mançester Siti” 47 xalla İngiltərə Premyer Liqasında ikinci yeri qoruyub. “Şəhərlilər” lider “Liverpul”dan 14 xal geridədir.