ABŞ-da milyarder insan alverində ittiham olundu

08:18 07-07-2019 739

Nyu-York hüquq mühazifə orqanları şənbə günü amerikalı milyarder Ceffri Epşteyni seksual istismar məqsədi ilə insan satmaq ittihamı ilə həbs edib.

Bu barədə “The New York Times” qəzetinin elektron versiyası yazır.

Epşteyn bazar ertəsi məhkəmə qarşısına çıxacaq. 

Nəşrin məlumatına əsasən, Epşteyn ABŞ prezidenti Donald  Tramp, eləcə də ölkənin sabiq lideri Bill Klintonla yaxşı münasibətlərdə olub.

Qeyd edək ki, milyarder ilk dəfə deyil, məhkəmə qarşısına çıxır. Epşteyn 2008-ci ildə  həddi-buluğa çatmayan fahişələrlə cinsi münasibətdə olmaqda da ittiham olunaraq, 13 ay həbxsanada keçirmişdi.