UFC-də nokaut rekordu - VİDEO

10:00 07-07-2019 916

UFC döyüşçüsü Xorxe Masvidal Las-Veqasda keçirilən turnirdə qələbə qazanmaqla tarixə düşüb.

Amerikalı idmançı həmyerlisinə nokautla qalib gəlib. Döyüşün videosu UFC Español-un Twitter hesabında yerləşdirilib. 

Qələbə qazanmaq üçün Masvidala 5 saniyə kifayət edib. O, dizi ilə rəqib idmançının başına zərbə endirib. Bu, UFC tarixində ən tez qeydə alınan nokaut olub.