Kargüzarlığın aparılmasına görə vəsaitin hakimlərin bank hesablarına köçürülməsi qaydası təsdiqlənib

20:40 16-01-2020 551

Nazirlər Kabineti “Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası”nı təsdiq edib. 

HerGun.Az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. 

Qərara əsasən; 

1. “Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası” təsdiq edilib (əlavə olunur).  

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 

Qərarın mətni ilə buradan tanış ola bilərsiniz.