Aeroport yolunda zəncirvari qəza: Beş avtomobil toqquşdu, tıxac yarandı - FOTO

21:00 16-01-2020 350

Bakıda zəncirvari yol qəzası baş verib. 

HerGun.Az xəbər verir ki, hadisə Ramana körpüsü, Hava limanı istiqamətində Bülbülə-Əmircan döngəsi yaxınlığında olub. 

Hadisə nəticəsində beş avtomobil toqquşub.  

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.  

Hadisədən sonra ərazidə tıxac yaranıb. 

Faktla bağlı araşdırma aparılır.