Qaradağ rayonunda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

01:40 17-01-2020 556

Qaradağ rayonunda mübahisə zamanı bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.  

Təxminən, 45-50 yaşlı Abbasov Hüseyn Şirməmməd oğlu naməlum şəxslə mübahisə zamanı bıçaq xəsarətləri alıb.  

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli