Finlandiyanın hava limanında ev heyvanları üçün tualet açıldı

03:20 17-01-2020 378

Helsinkinin hava limanında ev heyvanları üçün iki yeni tualet açılıb.

“Finavia” xəbər verir ki, Şimali Avropa üçün bu təcrübə yeni olsa da, ABŞ-da artıq adi hal alıb.

Məlumata əsasən, bu hava limanı vasitəsi ilə hər il 10 mindən çox it səyahət edir.

Tualetlərin quraşdırılması isə ev heyvanlarının səyahətini daha rahat edəcək.