Gürcüstanda ağır qəza: 3 erməni öldü, 5 nəfər yaralandı

11:54 07-07-2019 645

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi Ermənistan vətəndaşlarının ölümünə səbəb olub.

RİA Novosti xəbər verir ki, qəza Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 100-cü kilometrində baş verib.

Bildirilir ki, “Mercedes” markalı avtomobil maneəyə çırpıldıqdan sonra alışıb.

Nəticədə 3 nəfər Ermənistan vətəndaşı ölüb, 5 nəfər yaralanıb.