Azərbaycanlılardan pul alıb saxta sənəd hazırladı

12:00 17-01-2020 374

Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində sakinlərdən biri ölkədə yaşamaq və işləmək istəyən miqrantlar üçün saxta sənəd düzəldib.

Trk-bratsk.tv-nin yaydığı xəbərə görə, Rusiya vətəndaşı olan bir şəxs 45 nəfər azərbaycanlı, tacik və özbəkdən pul alaraq onlara saxta sənəd düzəldib.

İndi həmin şəxslər deport olunma təhlükəsi ilə üzləşiblər.

Vurulan maddi zərər isə 625 000 rubl (17 250 AZN) hesablanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edilir.