20-dən çox avtomobil toqquşdu: Ölən və yaralılar var - VİDEO

12:20 17-01-2020 416

Rusiyanın Adıgey Respublikasında 20-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Life” agentliyi məlumat verir ki, qəza nəticəsində bir nəfər həlak olub, dörd nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın səbəblərini araşdırır.

İlkin açıqlamaya əsasən, qəzaya səbəb ərazidə müşahidə olunan dumanlı hava şəraitidir.