Almaniyada qeyri-adi tapıntı kütləvi təxliyə qərarına səbəb oldu

12:54 07-07-2019 638

Almaniyanın Frankfurt şəhərində 16,5 min nəfərin təxliyəsinə başlanılıb.

TASS xəbər verir ki, buna səbəb şəhərdə aşkarlanan qeyri-adi bombadır.

Tikinti işləri zamanı aşkarlanan bombanın çəkisi 500 kiloqramdır.

İkinci Dünya müharibəsindən qalan bombanın zərərsizləşdirilməsi əməliyyatı günün ikinci hissəsində aparılacaq.

Qeyd edək ki, bombanın tapıldığı ərazi Avropa mərkəzi bankının binası, əlillər və qocalar evi, habelə dəmir yolu vağzalı yaxınlığında yerləşir.