Etirazçılar Makronun tamaşaya baxdığı teatra hücum çəkdilər - VİDEO

05:20 18-01-2020 1290

Parisdə etiraz aksiyasının iştirakçıları Fransa Prezidenti Emmanuel Makronun tamaşaya gəldiyi teatra girməyə çalışıblar.

“Figaro” qəzetinin verdiyi məlumata əsasən, nəticədə Fransa lideri Buf-dü-Nor teatrından polisin müşayiəti altında çıxıb.

Prezidentin teatrdan çıxarılması üçün asayiş keşikçilərinin etirazçıları sıxışdıraraq, xüsusi dəhliz yaratmalı olduğu qeyd edilir.

Bildirilir ki, bu zaman vəziyyət gərgin olsa da, toqquşma ilə nəticələnməyib. 

Qeyd edək ki, hökumətin apardığı pensiya islahatı ötən ilin dekabrın 5-dən Fransada kütləvi aksiyalara səbəb olub. Nümayişləri təşkil edən Fransa Həmkarlar İttifaqının üzvləridir.