Azərbaycan Universiadada ilk qızıl medalını qazandı

14:36 07-07-2019 549

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında ilk qızıl medalını qazanıb.

HerGun.Az-ın xəbərinə görə, idman gimnastımız Marina Nekrasovanın çıxışı ən yüksək qiymətə layiq görülüb.

Beləliklə, Nekrasova Azərbaycana ilk qızıl medalı qazandırıb. Gümüş və bürünc medallara müvafiq olaraq rusiyalılar - Liliya Axaimova və Tatyana Nəbiyeva layiq görülüb.

Qeyd edək ki, daha əvvəl cüdoçumuz Hidayət Heydərov gümüş medal qazanıb.

Səbuhi MUSAYEV